
Ev, iş yeri və ya ictimai məkanda iPhone və iPad-i mövcud Wi-Fi şəbəkəsinə qoşa bilərsiniz. Aşağıdakı qısa bələdçi menyunu tapmağa və nəticəni yoxlamağa kömək edir.
Şəbəkəyə qoşulmaq
9:41 ▰
Settings tətbiqini açın.
İzahlı animasiya · Şəbəkə və parol nümunədir

- Settings — Parametrlər bölməsində Wi-Fi seçimini açın və aktivləşdirin.
- Görünən siyahıdan qoşulacağınız şəbəkənin adına toxunun.
- Parol tələb olunarsa, daxil edin. Parolu bilmirsinizsə, şəbəkəyə cavabdeh şəxsdən soruşun.
Bəzi ictimai şəbəkələrdə ayrıca giriş səhifəsi və istifadə şərtləri görünür. Belə halda ictimai Wi-Fi şəbəkələri üçün təlimata baxın.
Qoşulmanı necə yoxlamalı?
Seçilən şəbəkənin yanındakı mavi təsdiq işarəsi və ekranın yuxarısındakı Wi-Fi simvolu bağlantını göstərir. Sonra istifadə etmək istədiyiniz səhifəni açaraq internetə çıxışı yoxlayın.
İşiniz sistem yeniləməsidirsə, iPhone və iPad-i yeniləmə bələdçisinə qayıda bilərsiniz.