Mac ləng işləyirsə, səbəbi müəyyənləşdirmək üçün aşağıdakı yoxlamalardan başlayın.
Başlanğıc diskində boş yer
Apple menyusu → System Settings → General → Storage yolunu açın. Yaddaş tövsiyələrini nəzərdən keçirin. Faylları başqa diskə və ya xarici yaddaşa köçürmək, lazım olmayanları silmək və bulud imkanlarından istifadə etmək yer boşalda bilər.
MacBook — diskdə boş yeri yoxlamaq
Menyu adları ingilis dilindədir. Addımları ayrıca izləmək üçün ox düymələrindən istifadə edin.
TexnoServer · İzahlı maketdir; göstəricilər nümunədir; cihazınızda əməliyyat aparılmır.
Tətbiqin yaddaş tələbi
Tətbiq mövcud operativ yaddaşdan çox resurs tələb edə bilər. Activity Monitor-da yaddaş istifadəsinə baxın, sonra tətbiqin sistem tələblərini yoxlayın.
Prosessor və qrafika uyğunluğu
Mac-ə uyğun olmayan tətbiqi bağlayın. Prosessor məlumatı üçün Apple menyusu → System Settings → General → About bölməsinə baxın. Qrafik avadanlığı yoxlamaq üçün oradan System Report → Graphics/Displays açın. Nəticələri tətbiqin tələbləri ilə müqayisə edin.
Açıq proqramlar və disk problemləri
İstifadə etmədiyiniz proqramları bağlayın. Disklə bağlı problem varsa, Disk Utility ilə yoxlama və təmir imkanlarına baxın.
Əlaqəli bələdçi: Activity Monitor-da yaddaş göstəriciləri
Mənbə: Mac yavaş işləyirsə — Apple Support
Texno Bələdçi · Apple məlumatları əsasında Azərbaycan dilində redaktə edilmiş izah.