Suallar və Cavablar

Ümumi suallar

telefonum iclouda düşüb.

apple məhsullarında icloud funksiyası var. bu funkisyadan istifadə edən hər bir istifadəçı icloud nə olduğunu anlamalıdır. təssüf olsun ki çox insanlar icloud nə olduğunu bilmir və sonradan telefonunda və ya cihazında icloud problemi ilə üzləşir. cihazı iclouddan azad etmək üçün original faktura qəbzi lazımdır. əgər faktura yoxdursa icloud hesabını yaradarkən form doldurursuz doldurduğunuz məlumatları xatırlamanız və apple müştəri xidmətçisi ilə məsələnin həlli üçün danışıq etməlisiz. icloud hesabını unuda bilərsiz. parolu da unuda bilərsiz amma hesabı əldə etəmək parolu sıfırlamaq mümkündür. bunun üçün siz bizə zəng etməlisiz.

iphone telefonum nə üçün az enerji saxlayır?

iphone telefonlarında batereya həcmi digər telefonlara baxanda çox azdır bununla belə telefonu düzgün işlətdikdə enerji sürətlə azalmasının qarşısını almaq olur. 1 ci telefonu enerji ilə doldurduqda original usb kabel və adaptordan istifadə etmək lazımdır. 2ci telefonu uzun vaxt enerjidə doldurma qurğusunda taxılı saxlamaq lazım deyil. 3 cü telefona enerji doldurma zamanı telefonu istifadə etmək olmaz. (təcili vaxtlarda olar)

Telefonumu təmir etmək üçün nə qədər vaxt gözləməliyəm?

TexnoServer təmir mərkəzində təmirin müddəti əksər hallarda 1 vəya 2 iş günü ərzində olur. Tez zamanda təmir istəyirsizsə əlavə ödənişlə bunu etmək olar. Qiymət 10-50 manat arası (cihaza görə) dəyişir.Təmir edilən cihazın ehtiyyat hissəsinin olmaması səbəbindən müştərinin istəyinə əsasən ehtiyyat hissəsi gətirilir və təmir edilir.

Mail ilə gələn təmir sualları

telefonum iphone 6 dir. ekranın şüşəsi sınıb?(dialoq)

Servis: əgər sizin telefonun ekranında görüntü varsa hər şeyi evvəlki kimi istifadə edə bilirsizsə təmir etmək olar--- Müştəri: beli hər şey işləyir sadəcə şüşəsı sınıb. bəs nə qədər müddətə təmir edirsiz əsas vaxtdır?--- Servis: əgər dediyiniz kimi hər şey işləyirsə o zaman gətirin 1-3 saat ərzində təmir edib sizə geri verərik.--- Müştəri: Çox sağolun ən kısa vaxta yaxınlaşacam.

salam . samsung j3 . 2016 , Ekranını neçəyə dəyişirsiz ?

Samsung üçün rəsmi servisə *7979 nömrəsinə müraciət etməyiniz xahiş olunur. Mesajınız üçün təşəkkür edirik

Aradığınız cavabı tapmasanız, zəng edin bizə

Bizimlə əlaqə