Kilid kodunu unutmusunuz? — Face ID-li iPhone

Bu bələdçi Face ID-li iPhone üçündür. Kompüterlə sıfırlama cihazdakı məlumatları silir. Əvvəl Passcode Reset və kompütersiz sıfırlama variantlarını yoxlayın.

Başlamazdan əvvəl

Alternativ yoxlama, Recovery Mode və Restore mərhələləri

Mac və ya Windows kompüteri, uyğun kabel, internet bağlantısı və təxminən bir saata qədər vaxt lazım ola bilər.

Əvvəlki ehtiyat nüsxənizin mövcudluğunu nəzərə alın. Bu prosedur kodu göstərmir; cihazı yenidən qurmaq üçündür.

Face ID-li iPhone-u bərpa rejiminə keçirin

  1. Yan düymə ilə səsi azaltma düyməsini basılı saxlayın. Sürgü görünəndə cihazı söndürün.
  2. Kabeli kompüterə qoşun. Sonra iPhone-a qoşarkən dərhal yan düyməni basıb saxlayın.
  3. Apple loqosu görünəndə buraxmayın. Kompüter və kabel təsviri görünənədək saxlayın.

Düymələr işləmirsə, servis köməyi lazım ola bilər.

Face ID-li iPhone — bərpa rejimi

Kompüterdə Restore əməliyyatı cihazdakı məlumatları silir; əvvəl nüsxə və alternativləri yoxlayın.

TexnoServer · İzahlı maketdir. Menyular ingiliscə, izahlar Azərbaycan dilindədir. Cihazınızda əməliyyat aparılmır.

Kompüterdə bərpanı başladın

  • Mac: Finder-də Locations altında iPhone-u seçib Restore düyməsini basın.
  • Windows: Apple Devices-də iPhone-u seçin; tələb olunarsa Trust, sonra General → Restore seçin.

Yükləmə 15 dəqiqədən uzun çəkib cihaz bərpa rejimindən çıxarsa, yükləmənin bitməsini gözləyin, sonra rejimə yenidən keçirin.

MacBook — iPhone-u bərpa etmək

Restore məlumatları silir. Animasiya yalnız prosesi izah edir.

TexnoServer · İzahlı maketdir. Menyular ingiliscə, izahlar Azərbaycan dilindədir. Cihazınızda əməliyyat aparılmır.

Windows — iPhone-u bərpa etmək

Restore məlumatları silir. Animasiya yalnız prosesi izah edir.

TexnoServer · İzahlı maketdir. Menyular ingiliscə, izahlar Azərbaycan dilindədir. Cihazınızda əməliyyat aparılmır.

Yenidən quraşdırma

Hello ekranı göründükdə kabeli ayırıb quraşdırma addımlarına davam edin. Mövcud ehtiyat nüsxədən bərpa seçimi quraşdırma zamanı verilə bilər.

Mənbə: iPhone və kilid kodunu kompüterlə sıfırlamaq — Apple Support

← Bütün məqalələrə qayıt