Məlumatlarınızı qoruyun — iCloud, Mac və Windows

Ehtiyat nüsxə cihaz dəyişdirildikdə, itirildikdə və ya zədələndikdə məlumatları bərpa etmək üçün faydalıdır. iPhone, iPad və iPod touch üçün uyğun üsulu seçməkdən başlayın.

Hansı üsulu seçmək olar?

Nüsxəni iCloud-da və ya kompüterdə saxlamaq mümkündür. İstəsəniz, hər iki üsuldan istifadə edə bilərsiniz. iCloud və kompüter nüsxələrinin fərqləri ilə tanış olun.

iCloud ilə ehtiyat nüsxə

iCloud vasitəsilə ehtiyat nüsxəni göstərən izahlı illüstrasiya

Kompüterdən istifadə etmədən nüsxə yaratmaq istəyirsinizsə, iCloud üsuluna baxın.

  1. Wi-Fi şəbəkəsinə qoşulun.
  2. Settings bölməsində adınıza, sonra iCloud → iCloud Backup seçiminə toxunun.
  3. Back Up Now düyməsini seçin və proses tamamlanana qədər bağlantını saxlayın.

Son nüsxənin tarixini yoxlayın. iCloud ilə ehtiyat nüsxə yaratmaq — ətraflı təlimat.

iPhone-da iCloud ehtiyat nüsxəsi — addım-addım

TexnoServer · İzahlı animasiya. 35 GB və göstərilən tarixlər nümunədir.

iPad — iCloud ehtiyat nüsxəsi

TexnoServer · İzahlı maketdir. Menyular ingiliscə, izahlar Azərbaycan dilindədir. Cihazınızda əməliyyat aparılmır.

Mac vasitəsilə ehtiyat nüsxə

Mac vasitəsilə ehtiyat nüsxəni göstərən izahlı illüstrasiya

Cihazı kabel ilə Mac-ə qoşun. macOS Catalina və sonrakı versiyalarda Finder-dən istifadə olunur; köhnə sistemlərdə iTunes tələb oluna bilər.

Finder-də cihazınızı seçin və Back Up Now düyməsi ilə prosesi başladın. Şifrəli nüsxə seçmisinizsə, onun parolunu təhlükəsiz saxlayın: bərpa zamanı lazım olacaq.

Mac ilə ehtiyat nüsxə yaratmaq — ətraflı təlimat.

MacBook — Finder ilə adi ehtiyat nüsxə

İlk dəfə qoşulma, etibar təsdiqi və Mac-də yerli nüsxənin yaradılması.

TexnoServer · İzahlı animasiya. Menyular və tarixlər nümunədir; real parol daxil edilmir.

Windows kompüterində ehtiyat nüsxə

Windows vasitəsilə ehtiyat nüsxəni göstərən izahlı illüstrasiya

Windows istifadə edirsinizsə, cihazı kompüterə kabel ilə qoşaraq nüsxə yarada bilərsiniz. İstifadə etdiyiniz proqramdan asılı olaraq Apple Devices və ya iTunes üçün uyğun addımları izləyin.

Windows ilə ehtiyat nüsxə yaratmaq — ətraflı təlimat.

Windows — Apple Devices ilə ehtiyat nüsxə

TexnoServer · İzahlı maketdir. Menyular ingiliscə, izahlar Azərbaycan dilindədir. Cihazınızda əməliyyat aparılmır.

Windows — iTunes ilə ehtiyat nüsxə

TexnoServer · İzahlı maketdir. Menyular ingiliscə, izahlar Azərbaycan dilindədir. Cihazınızda əməliyyat aparılmır.

Nüsxədən sonra nəyi yoxlamalı?

Prosesin tamamlandığını və son nüsxənin tarixini yoxlayın. Nüsxənin harada saxlandığını bilmək vacibdir. Kompüterdəki nüsxə üçün diskdə boş yer, iCloud üçün isə hesabınızdakı yaddaş nəzərə alınmalıdır.

Sonrakı addım sistem yeniləməsidirsə, iPhone və iPad-i yeniləmə bələdçimizə keçin.

Mənbə: iPhone, iPad və iPod touch-un ehtiyat nüsxəsini yaratmaq — Apple Support

TexnoServer tərəfindən Azərbaycan dilində hazırlanmış bələdçi. Şəkillər öz izahlı illüstrasiyalarımızdır.

← Bütün məqalələrə qayıt